Pərviz Şahbazov “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək


14:32     29 İyun 2019 perviz_shahbazov_1210171.jpg

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov 30 iyun tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, P.Şahbazov 01-02 iyul tarixlərində keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək.

“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln.barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısında başa çatır.

Femida.az

Açar sözlər:

Oxunub: 602