Qusarda yem emalı müəssisəsi istifadəyə verilib
14:56 29 İyun 2019
Qusar rayonunun Gədəzeyxur kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.
Femida.az-a İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinindən (KOBİA) bildirilib ki, bununla bağlı KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ənvər Balabəyov, SEDA layihəsi üzrə menecer Əhməd Məmmədzadə və kənd sakinləri belə müəssisələrin bölgələrdə aqrar sektorun və heyvandarlığın inkişafı, yemə olan tələbatın ödənilməsi və yeni iş yerlərinin açılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Qeyd edək ki, yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.
Qusar rayonunun Gədəzeyxur kəndindəki yem emalı müəssisəsi Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində istifadəyə verilmiş sayca 29-cu yem emalı müəssisəsidir.
Tədbir çərçivəsində həmçinin, KOBİA-nın fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verilib, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kənd sakinlərinin biznesin qurulması və inkişafı ilə bağlı Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB dostlarına müraciət edə biləcəkləri qeyd edilib.
Femida.az
Oxunub: 415
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib
- Qusarda toy təşkilatçısı cərimələnib
- Qusarda restoran icarədarı 20 gün inzibati həbs edilib
- Qusarda restoran sahibi həbs edildi
- Qusarda yanğın olub, xəsarət alan var