Şəhidin medalı ailəsinə təqdim olunub


19:50     29 İyun 2019 19_06_29_1561823510.jpg

Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Femida.az-ın yerli bürosunun xəbərinə görə, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev medalı şəhidin atası Vüqar Xəlilova təqdim ediblər.

Qeyd edək ki, Elşən Xəlilov iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Femida.az

Açar sözlər:

Oxunub: 653