Salyanda qəza: piyada reanimasiya şöbəsinə yerləşdirilib


10:53     30 İyun 2019 qeza_yeni.jpg

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Salyan şəhərində, avtovağzal ərazisində qeydə alınıb.

Çuxanlı kənd sakini Səbuhi Əsədov yolu keçmək istərkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 329