Dövlət qulluğuna qəbul imtahanı keçirilir


12:31     30 İyun 2019 2019/01/dim_yeni_1548059111.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

DİM-dən Femida.az -a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunub.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edəcək. İmtahanların idarə olunmasında 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi müəllim, 6 bina nümayəndəsi iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 292