Gürcüstanda dəhşətli qəza: üç azərbaycanlı öldü, ikisi yaralandı


13:03     30 İyun 2019 qeza_avto.jpg

Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Zaqatala rayon sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb. Qəza nəticəsində sürücü daxil olmaqla, üç nəfər Zaqatala sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, iki nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.

Açar sözlər:

Oxunub: 369