Qobustanda avtomobil ağaca çırpılıb, 3 nəfər ağır xəsarət alıb


14:45     30 İyun 2019 19_06_30_1561891589.jpg

Bakı-Şamaxı yolunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində yolun Qobustan rayonu ərazisindən keçən hissəsində, DYP-nin polis postu yaxınlığında qeydə alınıb.

“Daewoo” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Sabirabad rayonu Qaratəpə kənd sakini, 1996-cı il təvəllüdlü Musayev Yusif Murtuzəli oğlu, Qobustan rayonu Poladlı kənd sakini, 1995-ci il təvəllüdlü Məcnunov Xalid Zahir oğlu, Şamaxı rayon sakini, 1974-cü il təvəllüdlü Həmidov Əli Sahab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 527