Bakı-Şamaxı yolunda qəza:18 yaşlı tələbə öldü


14:59     30 İyun 2019 19_06_30_1561891708.jpg

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qobustan rayonunun Acıdərə kəndi ərazisindən keçən hissəsində baş verib.

"VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2106" markalı avtomobildəki sərnişin, Qobustan rayonu Təklə kənd sakini 2001-ci il təvəllüdlü Nəbiyev Mürvət Zahid oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.


Məlumata görə, Mürvət Nəbiyev Azərbaycan Dövlət Dillər Universitetinin ikinci kurs tələbəsidir.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 450