Dünən qəzaya düşən dünya çempionu öldü


15:16     30 İyun 2019 19_06_30_1561891787.jpg

Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, o, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.


Xatırladaq ki, F.Poladov dünən günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirmişdi. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşmuşdu. F. Pənahov sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmlşdı.

Açar sözlər:

Oxunub: 677