Azərbaycana qızıl medal qazandıran güləşçi əsgərliyə gedir


20:33     30 İyun 2019 19_06_30_1561908181.jpg

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran güləşçi Mahir Əmiraslanov hərbi xidmətə yola düşəcək.

Femida.az xəbər verir ki, bu barədə idmançı özü məlumat verib.

"İyulun 1-dən hərbi xidmətə başlayacağam” - deyən Avropa Oyunlarının qalibi yarışla bağlı təəssüratlarını bölüşüb: “Qarşıma çempionluq hədəfi qoymuşdum. Çünki yaxşı təlim-məşq toplanışları keçmişdik, hazırlıq səviyyəmiz yüksək idi. Sevinirəm ki, hədəfə çatdım. Üzərimdə əziyyəti olan bütün məşqçilərə və federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qələbəmi bütün əsgərlərə həsr edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 454