Azərbaycan Avropa Oyunlarını 28 medalla tamamladı


19:37     30 İyun 2019 19_06_30_1561908663.jpg

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

Femida.az-ın məlumatına görə, sonuncu medallar karateçilərin mübarizəsində sahibini tapıb.

75 kq çəki dərəcəsində final döyüşündə Rafael Ağayev tatami üzərinə çıxıb. O, ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.

İdmançımız 0:4 hesabı ilə məğlub olub. Bununla da karateçimiz yarışları gümüş mükafatla başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 28-ci medalını əldə edib. İdmançılarımızın hesabında beş qızıl, 10 gümüş, 13 bürünc mükafat var.

Femida.az

Açar sözlər: idman  

Oxunub: 576