ANAMA 100-ə yaxın partlamamış hərbi sursat aşkarlayıb
09:02 01 İyul 2019
2019-cu ilin İyun ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 520,723 m² (52.07 ha) ərazi yoxlanılmış, 99 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 101 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək zərərsizləşdirilmişdir.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, əməliyyatlarda 470 nəfər əməliyyat heyəti, 126 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 534,971,929 m² (53,497.19 ha) ərazi təmizlənmiş, 803,698 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.
İyun ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 6 (altı), Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) müraciət daxil olmuşdur (cəmi: 10 çağırış
Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmiş, nəticədə Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 3,520 kv.m ərazi yoxlanılmış, 32 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 34 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub
- ANAMA mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb
- ANAMA daha 30 minaaxtaran it alacaq
- ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb
- ANAMA azad edilən ərazilərdə quruculuq işləri aparan şəxslərə təlim keçib
- ANAMA-dan Ağdamda minaya düşən əməkdaşı ilə bağlı açıqlama
- ANAMA-nın əməkdaşı minaya düşüb
- ANAMA qadın minaaxtaran vəzifəsinə işçi qəbulu elan edib
- ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır