27 nəfər dərmandan, 4 nəfər sirkə turşusundan zəhərlənib


12:42     01 İyul 2019 19_07_01_1561970602.jpg

İyun ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhələrlənmələrlə bağlı 51 müraciət daxil olub.


Bu barədə Femida.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, ötən ay qida zəhərlənməsi ilə bağlı müraciət olmayıb: “Ötən ay 27 nəfər dərmandan zəhərlənib. 17 nəfər ilan zəhərlənməsi, 3 nəfər isə əqrəb sancmasına görə müraciət edib. İlan sancması ilə bağlı əsasən bölgələrdən, əqrəb sancması isə bağlı isə Bakıətrafı kəndlərdən müraciətlər olub. Ümumilikdə iyun ayında sirkə turşusundan zəhərlənmə ilə bağlı 4 nəfər müraciət edib".

Açar sözlər:

Oxunub: 325