30 dərəcə istidə dolu yağdı: şəhər buz altında qaldı+VİDEO


14:41     01 İyul 2019 19_07_01_1561977759.jpg

Meksikanın Qvadalaxara şəhərində qeyri-adi təbiət hadisəsi baş verib.


“Sözcü” xəbər verir ki, temperaturun 30 dərəcə olduğu şəhərdə qəflətən başlayan dolu həyatı iflic edib.

Dolunun bir neçə dəqiqə yağması nəticəsində 1,5 metr hündürlüyündə buz kütlələri əmələ gəlib.


Təbiət hadisəsi zamanı beş milyon əhalisi olan Qvadalaxaranın altı məhəlləsi qalın buz təbəqəsi ilə örtülüb. Bəzi nəqliyyat vasitələri buz kütlələrinin altında qalıb, 200 evin damı zərər görüb.

Hadisə yerinə xilasetmə briqadaları göndərilsə də, 30 dərəcə istidə təmizlik işləri çox çətinliklə görülüb. Bölgədə bəzi yerləri isə sel suları basıb.


Açar sözlər:

Oxunub: 575