Avropa Şurası Azərbaycanın məhkəmə sisteminə 915 min avro ayırıb
14:57 01 İyul 2019
Bakıda “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatı olacaq.
Femida.az
xəbər verir ki, layihə Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGG II) çərçivəsində Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı əsasında həyata keçiriləcək.
Layihənin ümumi məqsədləri CEPEJ-in alətlərinin milli səviyyədə tətbiqi yolu ilə Azərbaycan məhkəmələrinin işinin səmərəliliyini və keyfiyyətini artırmaq və məhkəmə qərarlarının icrası sisteminin hüquqi və institusional cəhətdən modernləşdirilməsi, eyni zamanda icra prosedurlarında iştirak edən qurumların potensialının gücləndirilməsi vasitəsilə qərarların icrasını təkmilləşdirməkdir.
Proqram 2021-ci ilin avqustun 31-dək davam edəcək. Layihənin ümumi büdcəsi 915 000 avrodur. Layihə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən həyata keçirilir.
Oxunub: 424
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"