10 min ədəd qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb


15:56     01 İyul 2019 2019/07/bbeb2d87-8d79-420f-ac0c-432297df3ac5_1561982227.jpg

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.


Komitədən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sol arxa təkərinin üstündəki hissədən 10 min ədəd "HEETS turquoise label" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 355