İrandan ABŞ-ı hiddətləndirəcək ADDIM


18:25     01 İyul 2019 19_07_01_1561984414.jpg

İran hökuməti zənginləşdirilmiş uran limitini nüvə sazişində müəyyən edilən 300 kq həddinin üzərinə çıxaracağını açıqlayıb.

Femida.az xəbər verir ki, Fars agentliyinin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Qurumu ötən çərşənbə günündən bu yana İranın zənginləşdirilmiş uranın miqdarını ölçüb. Nəticədə, miqdarın 300 kq-dan artıq olduğunu təsbit edib.

Qurumun sözçüsü Bəhruz Kamalıverdi iyunun 26-da verdiyi açıqlamada Avropa ölkələrinə verilən müddətin başa çatmasından sonra zənginləşdirilmiş uranın miqdarının artacağını demişdi.

Mayın 8-də saziş tərəfləri olan ölkələrə 60 gün müddət verən İran ABŞ-ın sanksiyalarına qarşı uranın zənginləşdirilməsinə davam edəcəyini bildirmişdi.

Açar sözlər:

Oxunub: 384