Bakıda turistlərlə zarafat: Bura Hindistandır - VİDEO


16:47     01 İyul 2019 19_07_01_1561985287.jpg


1 iyul - Beynəlxalq Zarafat Günü münasibətilə "ASAN Viza" hava limanına gələn turistlərlə kiçik zarafat edib. Belə ki, öncədən hava limanında “Hindistana xoş gəlmisiniz” şüarı altında böyük banner quraşdırılıb, bannerdə Dehlinin gəzməli yerləri və Hindistanın İndira Qandi Beynəlxalq Hava Limanından həmin yerlərə olan məsafə göstərilib.


Femida.az xəbər verir ki, hindistanlı xanımlar və bəy isə turistləri həmin yerdə salamlayaraq onları hind mətbəxinə məxsus xüsusi təamlara qonaq edib. Bu mənzərə bir çox turistlərdə çaşqınlıq yaradıb, bəziləri isə həqiqətən səhv istiqamətdə uçduğuna, Azərbaycana deyil, Hindistana gəldiyinə inanıb.

Həmin videonu sizə təqdim edirik:



Femida.az

Açar sözlər: #ASAN  

Oxunub: 459