Yevlaxda qətl törədən şəxs tutulub


17:03     01 İyul 2019 hebs.jpg

Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

Femida.az -ın verdiyi məlumata görə, Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb

Açar sözlər:

Oxunub: 451