Cəbhədəki sakitlik nədən xəbər verir? - Polkovnik rəyi
18:34 01 İyul 2019
Son bir həftə ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunur. Müdafiə Nazirliyi bildirir ki, yalnız cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulur.
Əvvəlcə atəşkəs rejimin pozulma hallarının kəskin aşağı düşməsi, hazırda nisbi sakitliyin olması nəyə işarədir?
Femida.az xəbər verir ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a bildiib ki, təmas xəttində qeydə alınan nisbi sakitlik diplomatik danışıqlarla əlaqədar deyil:
“Cəbhədə gərginliklər Ermənistanda müşahidə olunan proseslər fonunda baş verirdi. Bundan başqa, düşmən Vaşinqton danışıqları öncəsi cəbhədə təxribatlara əl atdı. Silahlı Qüvvələrimiz cavab atəşi ilə düşmənin bir neçə canlı qüvvəsini məhv etdi. Şəhidimizin qisasını aldılar”.
Polkovnik qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin hər bir həmləsinə çox sərt formada cavab verir: “Artıq Ermənistanda gərginlik soyuyub. Buna görə cəbhədə atəşkəsin pozulma halları azalıb. Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətə nəzarəti əlində saxlayır. Gərginlik törədilərsə, cavab atəşi ilə atəş nöqtələri susdurulur”.
Ş.Ramaldanov vurğulayıb ki, cəbhədə nisbi sakitlik müharibənin bitməsi anlamına gəlmir: “Müharibə davam edir. Sadəcə bir qədər cəbhədə nisbi sakitlikdir. Buna səbəb Azərbaycan Silahlı Qüvvələrinin vəzifəsini layiqincə yerinə yetirməsidir. Çünki atəşkəs pozulan kimi cavablarını alacaqlarını bilirlər. Doğrudur, hazırda hərbi əməliyyatların başlanmasına əsas yoxdur və cəbhədə nisbi sakitlikdir. Bu hal hər an pozula bilər. Bölmələr ayıq-sayıqdırlar. Döyüş şəraiti necədirsə, elə də davam edir. Sadəcə itkilər yoxdur. Sakitliyi təmin edən isə Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində xidmət edən əsgərləridir”.
Femida.az
Oxunub: 517
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir