Sərxoşların söyüşə görə davası ölümlə nəticələndi - MƏHKƏMƏ


19:40     01 İyul 2019 mehkeme%20son%20deyyil%20baslangic.jpg



Xaçmazda həmyerlisini qətlə yetirməkdə təqsirli bilinən Məlik Ağayev barəsindəki hökmdən Ali Məhkəməyə şikayəti verib.

Femida.az ölkə.az-a istinadən xəbər verir ki, işə hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

İttihama görə, hadisə ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndində baş verib.
Həmin ərazidə olan kafedə Tikanoba kənd sakini Məlik Ağayev münaqişə zəminində Sibiroba kənd sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.

Hadisə zamanı hər iki şəxs sərxoş olub. Hadisə söyüş üstündə baş verib.

Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məlik Ağayev saxlanılıb.

M.Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Hökmdən verilmiş apelyasiya şikayəti təmin edilməyib.


Femida.az

Açar sözlər:

Oxunub: 409


Oxşar xəbərlər