DİN-in şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib


09:27     02 İyul 2019 19_07_02_1562045343.jpg


Daxili işlər naziri Vilayət Eyvazov, DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları 2 iyul - Polis Günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib.


Femida.az-ın məlumatına görə, onlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidənin önünə çiçək dəstələri düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Daha sonra Şəhidlər xiyabanı da ziyarət edilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə çiçək dəstələri düzülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 743