Hacı Mazan ağır qəzaya düşdü


11:49     02 İyul 2019 19_07_02_1562053843.jpg

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın Virtualaz.org-a istinadən məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin "Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 738