Bakıda çəkisi 950 qram olan körpə doğulub
11:43 02 İyul 2019
Əvvəlki hamiləliyi uğursuz olan qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) ana olub.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, mama-ginekoloq Aleksandr Barsukovun bildirdiyinə görə, bu, qadının ikinci hamiləliyi olub və RMDM-ə hamiləliyinin 28-ci həftəsində müraciət edib: “Pasiyent hamiləliyinin 30-cu həftəsinə qədər xəstəxanada müalicə alıb. Həm ana, həm də döldə ciddi problemlər olduğuna görə, qeysəriyyə yolu ilə doğuşa qərar verilib. Doğulan körpənin çəkisi 950 qram olub. Doğularkən uşağın vəziyyəti orta ağır qiymətləndirilib.”
Neonatoloq-pediatr Təzibə Mirzəliyeva məlumat verib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə doğularkən ekstremal-azçəkili olduğundan reanimasiya şəraitində müalicəsi davam etdirilib, “Topuq testi”, ROP müayinəsi, eşitmənin skrininq müayinəsi aparılıb, Mərkəzin neonatoloji komandasının gərgin əməyi nəticəsində çəkisi 1.800 qrama çatdırılıb və ana-körpə sağlam vəziyyətdə evə yola salınıb. Bütün zəruri təkrar müayinələrdən keçib, hazırda nevroloji statusu normaldır.
Femida.az
Oxunub: 397
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb