"Xeyli hakim cəzalandırılıb, sistemdən uzaqlaşdırılıb" - Azər Cəfərov


12:05     02 İyul 2019 2019/04/Azer_Cef_1556617867.jpg


"Azərbaycanda məhkəmələrin fəaliyyəti göz qabağındadır. Hər kəs "Elektron məhkəmə" informasiya sisteminə daxil olaraq, hakimlər, baxılan işlər barədə məlumat ala bilərlər. Ölkədə yeni məhkəmə binaları inşa edilib. Bu cür işlər hakimləri daha da məsuliyyətli edir".

Bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

O vurğulayıb ki, hakimlərlə ictimaiyyətin ünsiyyəti yalnız məhkəmə zalında baş verir: "Bu da onunla əlaqədardır ki, hər hansı qeyri-prosessual hadisə baş verməsin. Hakim korpusunun sağlamlaşdırılması ilə bağlı xeyli işlər görülüb. Yəqin ki, məlumatınız var, xeyli hakim cəzalandırılıb, sistemdən uzaqlaşdırılıb. Azərbaycanda məhkəmə sistemi ilə bağlı ən mütərrəqi qaydalar tətbiq olunur. Artıq hakimlərin 60-70 faizi yeni qaydalarla seçilənlərdir".

Femida.az

Açar sözlər:

Oxunub: 1341