Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb


12:12     02 İyul 2019 19_07_02_1562057198.jpg


Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.



Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.9-cu və 91.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 19-na təyin edilmiş iclasında baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 470