Penitensiar Xidmətin bölük komandiri rüşvət almaqda ittiham edilir
12:53 02 İyul 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin bölük komandiri, rüşvət almaqda təqsirləndirilən Kazım Həsənovun məhkəmə prosesi keçirilib.
Femida.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə ifadə verən K.Həsənov özünü təqsirli bilmədiyini, ittihamı qəbul etmədiyini bildirib.
O, həmin əsgərlərə həftə sonu şəhərə çıxmaq üçün buraxılış vərəqəsi vermək üçün onlardan 30-40 manat məbləğində rüşvət almaqda ittiham olunur.
K.Həsənov ifadəsində deyib ki, əsgərləri şəhərə buraxan zaman hərbi biletlərini onların özünə verib və heç bir əsgərdən şəhərə buraxılış üçün pul almayıb. O əlavə edib ki, ona ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb: "Əsgərlərdən biri digərinə güllə atmışdı. Əsgər Qasımzadə ilə başqa bir əsgər arasında mübahisə olmuşdu. Əsgərlərdən birinin digəri ilə problemi var idi. Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi. Amma bu hadisənin mənə heç bir aidiyyəti yox idi".
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.
Proses iyulun 9-da davam edəcək.
K.Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- Penitensiar xidmət Saleh Rüstəmovun son durumunu açıqlayıb
- Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib
- Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
- Penitensiar xidmət qətlə yetirildiyi iddia edilən məhkumun ölüm səbəbini açıqlayıb
- Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb
- Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı
- Penitensiar Xidmətdə xüsusi karantin şöbələri yaradıldı
- Penitensiar Xidmət həbs olunan icra başçısı haqqındakı məlumatları təkzib etdi
- Penitensiar Xidmətdə əsgər özünü güllələdi
- Penitensiar müəssisələrdə koronavirusla mübarizə yüksək səviyyədə təşkil olunub