Rayonlarda əmək yarmarkası keçirilib
13:03 02 İyul 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin ötən dövründə 10 rayonda əmək yarmarkası təşkil edib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, may ayında başlanan yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara dövlət və özəl müəssisələrdən 3371 vakant iş yeri təqdim edilib.
Əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin isə peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. İştirakçıların hər birinə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən digər aktiv məşğulluq tədbirləri haqqında məlumatlar verilib.
Qarşıdakı dövrdə də yarmarkaların keçirilməsi prosesi davam edəcək. Ümumilikdə cari il ərzində ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulur.
Femida.az
Oxunub: 445
Oxşar xəbərlər
- Rayonlarda şimşək çaxacaq, yağış yağacaq
- Rayonlarda onlayn dərslərə qouşlma faizi aşağıdır
- Rayonlarda hava kəskin dəyişəcək- XƏBƏRDARLIQ
- Rayonlardakı xəstəxanalarda tibb fakültələri açılacaq
- Rayonlarda leysan yağacaq - PROQNOZ
- Rayonlarda odun yanacağını bu yerlərdən ala bilərsiniz - FOTO
- Rayonlarda leysan, dolu gözlənilir
- Rayonlarda ağac əkiildi
- Rayonlarda baş verən zəlzələnin Bakıda hiss olunmasının SƏBƏBİ açıqlandı
- Rayonlarda yağış olacaq - Sabahın havası