Azərbaycanlı kişinin fotoları ilə avropalı qadınları aldatdılar - Minlərlə avro pul aldılar (VİDEO)


13:15     02 İyul 2019 2019/07/42058520_10156761193864637_9125320793935314944_n_1562058965.jpg


Azərbaycanlı iş adamı Rəvan Bəşirovun fotoları Avropada fırıldaqçıların cinayət əməlinə çevrilib.

Femida.az xəbər verir ki, həmyerlimiz Rəvan Bəşirovun fotolarından istifadə edən fırıldaqçılar İtaliya və Fransada orta yaşlı qadınları aldadırlar. Onlar sosial şəbəkədə italyan adları ilə profillər açaraq, Rəvanın fotoları ilə qadınlara yazır, onlara sevgi elan edirlər. Bir müddət sonra isə həmin qadınlardan pul istəyirlər. Bu yolla fırıldaqçılar müxtəlif qadınlardan minlərlə avro pul alıb. Hətta onlardan birinin ailəsi dağılıb, başqa biri isə depresiyaya düşərək vəfat edib.

Məsələ ilə bağlı R.Bəşirov İtaliyanın Rai telekanalında yayımlanan verilişə çıxaraq qadınları onun fotoları ilə aldadan şəxslərə inanmamağa çağırıb. Ətraflı videonu təqdim edirik:



Amin

Femida.az

Açar sözlər: #Avropa   #qadın   #fırıldaq   #İtaliya  

Oxunub: 2682