Metrodan istifadə edənlərə ŞAD XƏBƏR! - Daha 10 vaqon gətirilir


13:43     02 İyul 2019 2019/07/baku_metro_train_new_200418_02_1562060680.jpg

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin avqust ayında daha iki qatar heyəti - 10 vaqonu Bakıya gətirəcək.



Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun Hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, yeni qatar tərkibi Bakıya gətiriləndən sonra sazlanma prosesi aparılaraq xəttə buraxılacaq: "Növbəti iki qatar tərkibi, 10 vaqon isə sentyabrda Bakıda olacaq".

E.İsayev əlavə edib ki, yeni qatarlar əvvəlki qatarlardan bir çox xüsusiyyəti ilə fərqlənir.

Femida.az

Açar sözlər:

Oxunub: 458