Daha bir şirkəti cərimələyib


15:26     02 İyul 2019 nezaret%20palatasi8.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatası “Aztexnika LTD” MMC-ni inzibati qaydada cərimə edib.



Femida.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Cərimə ilə bağlı Abşeron Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

"Aztexnika LTD” MMC ağır sənaye avadanlıqlarının idxalçısı və distribyutorudur. Şirkət dünyanın aparıcı markalarının idxal etdiyi texniki avadanlıqların rəsmi nümayəndəliyini öz üzərində cəmləşdirib.

Qeyd edək ki, Aztexnika LTD” MMC ilə bağlı eyni maddə üzrə qərarlardan verilmiş bir neçə şikayətə Bakı Apellyasiya Məəhkəməsində də baxılır.

Femida.az

Açar sözlər:

Oxunub: 275