Sahib Alıyev: “Ermənilərin dostluqdan danışması məkrli siyasətdir“


16:27     05 Noyabr 2015 46257_i23zsv9zew.jpg

“Ermənilərin istədiyi o idi ki, Dağlıq Qarabağ onların nəzarəti altında olsun. İndiki vəziyyətdə isə defakto olaraq nəinki Dağlıq Qarbağ, Azərbaycanın daha 7 rayonu erməni işğalı altındadır. Belə bir vəziyyətdə Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyansın Rusiyada yaşayan azərbaycanlıları dostluğa dəvət etməsi onların məkrli siyasətidir”.


Bu sözləri yenidən millət vəkili seçilmiş Sahib Alıyev deyib.

O, məqsədlərinə çatdıqları üçün istənilən erməninin “göyərçin” libasında görünməsinin təbii olduğunu qeyd edib:

“Göyrəçinlik onunla bağlı olmalıdır ki, Rusiyadakı ermənilər Ermənistandakı rəhbərliyə səslənsinlər ki, iki xalq sülh, əminamanlıq şəraitində yaşamaq istəyirsə, Azərbaycan torpaqlarından çəkilməlidirlər. Hazırkı vəziyyətdə dostluqdan danışmaq isə sadəcə məkrli siyasətdir”.

Açar sözlər:

Oxunub: 1183