Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalır


18:14     02 İyul 2019 19_07_02_1562072761.jpg


Azərbaycanda demoqrafik vəziyyət dünyanın əksər ölkələri ilə müqayisədə müsbətdir.


Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki, Azərbaycanda doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksəkdir: “Bu da ölkədə əhalinin artımını təmin edir. Ancaq çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda da var. Ancaq artım davam edir və ona görə də aprel ayında əhalinin sayı 10 milyonu keçib”.

T.Budaqov vurğulayıb ki, Azərbaycanda əhalinin strukturu optimaldır və bu gün dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur, əhali arasında həm gənclərin sayı çoxdur, həm də ömür uzunluğu artır.

Femida.az

Açar sözlər: #uşaq  

Oxunub: 374