1 yaşlı qız çayda boğuldu - Qaxda


16:45     05 Noyabr 2015 qax_rayon7fdbgnhg.JPG

Qaxda 2014-cü il təvəllüdlü uşaq çayda boğularaq ölüb.


APA-nın məlumatına görə, hadisə ötən gün saat 17:00 radələrində Qax rayonun Tanqıt kəndində baş verib.

Kənd sakini Natiq Əsgərovun 2014-cü il təvəllüdlü qızı Ayşən nəzarətsiz qalaraq evin arxasında axan Axmaz çayına düşərək boğulub. Hazırda Qax rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyitin axtarışlarını davam etdirirlər.

Açar sözlər:

Oxunub: 992