8 mindən çox mənzilə qaz verib


17:47     02 İyul 2019 azerqaz%2016%20iyun.jpg

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.



“Azəriqaz”dan Femida.az
-a verilən məlumata görə, birlik bu ilin altı ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda, ümumilikdə, 8 714 ailə yaşayır.

Bildirilib ki, “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 257