Gürcüstanda hərbçilər qəzaya düşüb, 14 nəfər yaralanıb


19:11     02 İyul 2019 19_07_02_1562079678.jpg

Gürcüstanın Batumi şəhərində hərbçiləri daşıyan mikroavtobus qəzaya düşüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, qəza nəticəsində 14 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 326