Elmar Məmmədyarov Malayziya səfirini qəbul edib


19:33     02 İyul 2019 19_07_02_1562079882.jpg

Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycana yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofu qəbul edib.

Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və insanlararası təmasların artırılmasının vacibliyi vurğulanıb.

İqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən tərəflər bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusilə qeyd ediblər.


Tərəflər iki ölkə arasında yüksək səviyyəli səfərlər mübadiləsinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu ifadə ediblər.

Səfir Dato Yubazlan Bin Yusof ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.

Açar sözlər:

Oxunub: 317