Astarada avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var - FOTO


20:14     02 İyul 2019 19_07_02_1562083372.jpg

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumata görə, hadisə Ələt-Astara magistralının Astara rayonunun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran sakini, 1985-ci il təvəllüdlü Vüsalə Arif qızı Bəylərova "Hyundai" markalı avtomobildə idarəetməni itirərək maşını yol kənarındakı beton dirəyə çırpıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 390