Bakıda hissələri tapılan çeçenin kimliyi bilindi - Kriminal aləmlə əlaqəsi olub
20:50 02 İyul 2019
İki il əvvəl Bakının Suraxanı rayon ərazisində amansızcasına öldürülmüş kişinin şəxsiyyəti müəyyən edilib. Daha əvvəl güman edildiyi kimi cinayətin qurbanı çeçen olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 5-də "Azərsu” ASC-nin Hövsan Aerasiya Stansiyasının kollektoru yaxınlığında odlu silahla öldürülmüş gənc kişinin parçalanmış bədəninin hissələri tapılıb. Onun bədənində dörd güllə yarası aşkarlanıb. Cinayət Makarov tapançası ilə törədilib.
Qatil cəsəddən və cinayət izlərindən xilas olmaq üçün bədəni parçalayaraq hissələrini təmizləyici kollektora atıb.
Cinayətdən iki sonra qətlə yetirilmiş şəxsin bədəninin demək olar bütün hissələri tapılıb. Əl və boynun bir hissəsi isə aşkarlanmayıb. Bir neçə gündən sonra çeçenin baş hissəsi də tapılıb. Onun üzündə qaş və kirpiklər olmayıb. İstintaq orqanları belə qənaətə gəliblər ki, qatil qurbanını qırxıb, kirpiklərini ütüb və saqqalını kəsib ki, onu tanımaq çətin olsun.
Bakı Şəhər Prokurorluğu cinayət işinin təhqiqatına başlayıb, Cinayət Məcəlləsinin 120.1 maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi qaldırılıb və öldürülən şəxsin şəxsiyyəti müəyyən edilib. İstintaqın maraqlarına uyğun olaraq, çeçenin adı açıqlanmır. Cinayət əməlinin üstünün açılması üçün iş davam etdirilir.
Azərbaycandakı çeçen icmasının sədri Ramzan Mollayev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, qətlə yetirilən qaçqın olmayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 377 çeçen qaçqın statusunda yaşayır.
R. Mollayev bildirib: "Onu tanıya bilmədik, o, vaxtaşırı Azərbaycana gələnlərdəndir. Bəlkə də kriminal aləmlə əlaqəsi olub”.
Oxunub: 691
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb