Rüstəm Orucov dünya reytinqində liderdir
21:02 02 İyul 2019
Azərbaycanlı cüdoçu Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub.
Femida.az xəbər verir ki, ikinci Avropa Oyunlarının gümüş mükafatçısı ən yaxın izləyicisi Cənubi Koreya təmsilçisi Çangrım Anı 50 xal qabaqlayır. Həmin çəki dərəcəsində daha bir idmançımız Hidayət Heydərov da liderlər qrupunda mövqeyini dəyişməyib. İkinci Avropa Oyunlarında bürünc medal qazanan idmançımız altıncı pillədədir.
“Minsk 2019”un bürünc mükafatçıları Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) isə bir pillə irəliləliyiblər. M.Mehdiyev 4-cü, E.Qasımov 10-cu, U.Kokauri isə 13-cü mövqedədirlər.
Komandamızın digər üzvləri Nicat Şıxəlizadə (66 kq) 25-ci, Orxan Səfərov (60 kq) 37-ci sırada qərarlaşıblar. Qadın cüdoçumuz İrina Kindzerskanın (+78 kq) da mövqeyi dəyişməyib. “Minsk 2019”da bürünc medal qazanan idmançımız dünya reytinq cədvəlində dördüncüdür.
Femida.az
Oxunub: 574
Oxşar xəbərlər
- Rüstəm İbrahimbəyov vəfat edib
- Rüstəm Əbülfətoğlu MEDİA-dakı vəzifəsindən ayrılıb
- Rüstəm Muradov sabah Qarabağa gedəcək
- Rüstəm Muradovu Kosobokov əvəz edə bilər - KİV
- Rüstəm Muradovun Qarabağdakı missiyası bitdi
- Rüstəm Muradov Ermənistanın müdafiə naziri ilə görüşüb
- Rüstəm Usubov Tovuzda vətəndaş qəbulu keçirəcək
- Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
- Rüstəm Usubov İmişlidə vətəndaşları qəbul edəcək
- Rüstəm Orucov erməniyə qalib gəldi