Avropa İttifaqı Şurasına yeni prezident seçilib

Avropa İttifaqı Şurasına yeni prezident seçilib


22:54     02 İyul 2019 19_07_02_1562093712.jpg

Çarlz Mişel Avropa İttifaqı Şurasının prezidenti seçilib.

Femida.az-ın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, yeni prezident rəsmi fəaliyyətə 2019-cu il dekabrın 1-dən başlayacaq və səlahiyyət müddəti 2022-ci il mayın 31-də başa çatacaq.

Çarlz Mişel bu müddətdə həm də Avropa Sammitinə rəhbərlik edəcək.

REKLAM

www.mercedes-benz.com.az

Daha ətraflı

Avropa İttifaqı Şurası həmçinin Ursula von der Leyenin Avropa Komissiyasının prezidenti postuna namizədliyini təsdiqləyərək Avropa Parlamentinə təqdim edib. İrəli sürülən namizəd Avropa Parlamentinin deputatları tərəfindən seçiləcək.

Aİ Şurası Cozep Borrell Fontellessin namizədliyini Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi postuna təsdiq edib. Aİ-nin ali nümayəndəsinin rəsmi təyinatının təsdiqlənməsi üçün Avropa Komissiyasının yeni prezidentinin təsdiqləməsi tələb olunur.

Aİ Şurası Kristine Laqardenin namizədliyini isə Avropa Mərkəzi Bankının prezidenti postuna təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 223