Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşdi


09:11     03 İyul 2019 2019/07/DC860853-0D31-4788-AB30-7803A3E641FD_1562130683.jpeg


"Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü" təsdiq edilib.

Femida.az bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü" əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 67094,0 hektar;

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona - 4404,0 hektar;

3) turizm və rekreasiya zonası - 25842,0 hektar;

4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona - 1698,0 hektar;

5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfatistehsalat zonası - 22,0 hektar.

Femida.az

Açar sözlər:

Oxunub: 518