Müəllimlərin maaşları nə vaxt artacaq?


17:15     05 Noyabr 2015 muellim53.jpg

“Baklıda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri noyabrın sonunda rəsmiləşəcək”.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, nəticələr rəsmiləşəndən sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları yeni sistemlə hesablanacaq: “ Bundan sonra isə onların əmək haqlarının artımı həyata keçiriləcək. Nəticələr artıq məktəblərə göndərilib və yanvar ayına qədər həmin müəllimlər əmək haqlarını artımla ala biləcəklər”.

Nazir müavini həmçinin bu ilin noyabr və dekabr aylarında 3 şəhərdə, 9 rayonda keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin əmək haqlarına da toxunub:

“Yanvar ayından həmin qiymətləndirmədən keçən müəllimlərin əmək haqları artırılacaq. Bu növbəti ilin büdcə paketində də nəzərdə tutulub. 2016-cı il yanvarın 1-dən həmin yerlərdə əmək haqlarının artımının tətbiqinə başlanacaq”.

Açar sözlər:

Oxunub: 1335