“Optimal Elektronika” şirkəti cərimələndi


11:35     03 İyul 2019 19_07_03_1562139369.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatası "Optimal Elektronika” MMC barəsində inzibati protokol tərtib edib.


Femida.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.

Protokoldan apellyasiya şikayəti verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd dək ki, bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Açar sözlər:

Oxunub: 361


Oxşar xəbərlər