Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalandı


12:00     03 İyul 2019 2019/07/kkk_1562140916.jpg

Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında anlaşma Memorandumu imzalanıb.



Femida.az xəbər verir ki, iki dövlət qurumu arasında imzalanan anlaşma memorandumu Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada, mobil imza vasitəsi ilə həyata keçirilib.

İmzalanma mərasimindən öncə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, imzalanan memorandum xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi və ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadi elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən Azərbaycan diaspor quruculuğunda elektron imzanın verilməsi ilə yeni səhifə açılır.

Çıxışların ardınca Diasporla İş üzrə Dövlət Komitəsi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında ASAN imza vasitəsi ilə onlayn anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində bütün proses elektron qaydada smart avadanlıqlar vasitəsilə ilə həyata keçirilib. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Azərbaycanın xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti göstərən diaspor nümayəndəsi Samir Xəlilova Azərbaycanın mobil rezidentliyini təqdim edib. Nicat Əsədli, həmçinin elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə tədbir iştirakçılarına məlumat verib.

Femida.az

Açar sözlər:

Oxunub: 375