Sabahın hava proqnozu


12:48     03 İyul 2019 hava%20isti.jpg

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35,Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatından Femida.az-ya bildirilib ki, atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu,nisbi rütubət gecə 55-65,gündüz 30-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil
edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında

İyulun 4-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzişimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

İyulun 04-də Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Femida.az

Açar sözlər:

Oxunub: 286