Rusiya şirkəti Qarabağda – Azərbaycan etiraz etdi


17:49     05 Noyabr 2015 75b7a71f-0f85-4b16-a1a6-ea9b7e0ac55b.jpg

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Sankt-Peterburqun "İmperial" şapito-sirkinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda noyabrın 6-15-nə planlaşdırılan qastrolları ilə bağlı məlumatlara görə, şəhərin administrasiyasına etiraz məktubu göndərib.


Bun barədə Femida.az Baş Konsulluqdan deyiblər.

Diplomatik missiyadan deyiblər ki, Sankt-Peterburq Administrasiyası və bu şəhərin Mədəniyyət Komitəsinin ünvanına Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində bu tədbirin keçirilməsinin qəbuledilməzliyi barədə müvafiq məktub göndərilib. Bu yolverilməz faktın müzakirə edilməsi üçün Sankt-Peterburq Administrasiyasının, Sankt-Peterburqun Mədəniyyət Komitəsinin və Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəsmi nümayəndələri ilə görüşlər planlaşdırılıb".

Məlumatda deyilir: " Sankt-Peterburqun "İmperial" şapito-sirki, 1877-ci ilin dekabrında açılmış Sankt-Peterburq Böyük Dövlət Sirkinin tərkibindəki şapito-sirki deyil, 2005-ci ildə yaradılmış kommersiya müəssisəsidir. Üstəlik, Böyük şapito-sirki "İmperial" şapito-sirkinin tarixi "şapito" brendinin qanunsuz mənimsənilməsinə dair bu günədək məhkəmə mübahisəsi aparır".

Açar sözlər:

Oxunub: 1043