Keçmiş MTN zabiti yenə məhkəməyə gəlmədi


14:44     03 İyul 2019 1429886643_mehkeme-texir.jpg

Bakı Hərbi Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə V.Mahmudovun məhkəməyə gətirilmədiyi elan olunub.

Bu səbəbdən proses iyulun 22-dək təxirə salınıb.

Qeyd edək ki, iş üzrə ötən məhkəmə prosesi də eyni səbəbdən təxirə düşmüşdü.

V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Zərərçəkmişlər general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 364