Aqşin Mehdiyevə yeni vəzifə verildi


18:04     05 Noyabr 2015 img1498835.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyevin namizədliyi irəli sürülüb.


XİN-dən Femida.az-a verilən məlumata görə, 4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Aqşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.

A.Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.

Açar sözlər:

Oxunub: 1413