BMT: Liviyada hərbi cinayət törədildi


15:53     03 İyul 2019 19_07_03_1562154859.jpg

Liviyanın paytaxtı Tripoli yaxınlığındakı Tacura ərazisində qeyri-leqal miqrantların sığınacaq mərkəzinə endirilən hava zərbələrini hərbi cinayət kimi qiymətləndirmək olar.

“RİA Novosti” xəbər verir ki, bunu BMT-nin Liviyada nizamlama üzrə xüsusi səfiri Həssən Salame deyib.


BMT-nin Liviyadakı missiyasının məlumatına görə, hava zərbələri nəticəsində 44 nəfər həlak olub, 130-dan çox adam xəsarət alıb.

Onun sözlərinə görə, bu zərbə hərbi cinayət səviyyəsinə çatıb. Məlumata əsasən, missiya dinc sakinlərə və infrastruktura, xüsusən səhiyyə sisteminə bütün hücumları dərhal dayandırmağa çağırıb.

Xatırladaq ki, marşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusunun Hərbi Hava Qüvvələri Tripolidə hava əməliyyatının başladığını elan etmişdi.

Açar sözlər:

Oxunub: 380